İmatahda iştirak etmək istəyən şəxsləri maraqlandıran əsas məqamlardan biri də ballarla əlaqəlidir.Bütün iştirakçıların ağlında hansı balın onlar üçün kifayət qədər yaxşı olacağı barəsində suallar yaranır. Yaxşı SAT balı, müraciət etdiyiniz universitetə qəbul olmağınız üçün kifayət edəcək baldır.Məhz buna görə də, hər hansı balın yaxşı olub olmaması sizin müraciət etdiyiniz universitet və onun qəbul şərtlərindən birbaşa asılıdır.Gəlin “Yaxşı SAT balı” anlayışına birlikdə nəzər salaq:
1.Ümumi bal aralığı
İki hissədən ibarət SAT imtahanın hər bölməsi minimum 200 maksimum 800 balla qiymətləndirilir.İmtahanın ümumi bal aralığı isə, 400-1600`dür. İmtahan üçün ortalama hesab olunan bal 1050dir ki, bu balın üzərində nəticə toplayan tələbələrin balı ortalamadan yüksək hesab olunur.
2.Sizin üçün yaxşı SAT balı
Hər hansı balın sizin üçün yaxşı olub olmadığı haqqında fikir bildirmək üçün, öncəliklə sizin hara müraciət etmək istədiyinizi və həmin yerin qəbul şərtlərini bilmək lazımdır.Təhsil almaq istədiyiniz universitet haqqında ətraflı araşdırma etdikdə, bu universitetə qəbul olmuş tələbələrin ortalama SAT balına da diqqət edin.Siz bu balı hədəfinizə çevirərək daha effektiv nəticə əldə edə bilərsiniz.
3.Digər faktorlar
Unutmayın ki, SAT balı xarici universitetə qəbul olmağınız üçün nəzərdən keçirilən faktorlardan yalnız biridir.Universitetlər SAT imtahan nəticəsiylə yanaşı, namizədlərin qiymətləri, dərsdən kənar fəaliyyətləri və müraciət zamanı təqdim etdikləri məqalə və.s kimi faktorları da gözdən keçirir ki, bu da öz növbəsində əldə edəcəyiniz son nəticəyə öz təsirini göstərir.
Yaxşı SAT balı toplamaq üçün öncəliklə araşdırmalar apararaq nə istədiyinizdən əmin olmalı, daha sonra bal aralığını analiz edərək hazırlığa başlamalısınız.Hansı balın sizin üçün yaxşı olduğunu təyin edərək hazırlaşmaq sizə hədəf təyin etməkdə yardımcı olacaq bir faktordur.