Digital SAT Riyaziyyat bölməsindən necə yüksək bal ala bilərəm?

 Digital SAT riyaziyyat bölümü, tələbələrin riyazi bacarıqlarını və məntiqi düşünmə qabiliyyətlərini qiymətləndirmək məqsədilə hazırlanmışdır. Riyaziyyat bölümü hər biri 35 dəqiqə davam edən, 22 sualdan ibarət iki moduldan ibarətdir. İkinci moduldakı sualların çətinlik dərəcəsi tələbənin ilk moduldakı performansına görə uyğunlaşdırılır. Bölmə üzrə suallar bu 4 istiqamət üzrə tələbələrə təqdim olunur : cəbr, qabaqcıl riyaziyyat, qroblem həlli və məlumatların təhlili, həndəsə və triqoniometriya.

 Sual formaları 2 yerə bölünür- çox seçimli və tələbənin özü tərəfindən yazılmış cavab tələb edən açıq suallar. Sulların 25%- açıq, 75 %-i isə qapalı formadadır.

 Bəzi tələbələr imtahanın riyaziyyat böməsində müəəyən çətinliklərlə qarşılaşdığı üçün, imtahanda yüksək nəticə göstərə bilmirlər. Digital SAT riyaziyyat bölməsindən yüksək bal əldə etmək, planlı və məqsədyönlü bir hazırlıq tələb edir. Hazırlıq mərhələsi və imtahan zamanı atılan bəzi addımlar sizin riyazi bacarıqlarınızı inkişaf etdirməyinizə, eyni zamanda, imtahan üçün əlavə bacarıqlar qazanmağınıza yardım edə bilər. Gəlin bu addımlara nəzər salaq.

Hədəf təyin edin

 Digital SAT riyaziyyat bölməsində mükəmməl nəticə əldə etmək üçün ilk addım düzgün hədəf təyin etməkdir. Bəzi universitetlər imtahanın riyaziyyat bölməsinin balına xüsusi diqqət yetirirlər. Məsələn, mühəndislik üzrə hər hansı universitetə müraciət etmək istəyirsinizsə, riyaziyyat bölümü üzrə balınızın yüksək olması zəruridir. Bəzi sahələr üzrə dəyərləndirmə apararkən, universitetlər riyaziyyat bölməsinin balının digərlərindən daha üstün olmasını gözləyirlər. Buna görə də, sahəniz, universitetlər və hazırki riyazi bacarıqlarınızı ətraflı araşdıraraq hədəf təyin etməlisiniz. İmtahanda yüksək nəticə əldə etmək üçün əvvəlcə hansı mövzulara daha çox diqqət etməli olduğunuzu, harada boşluqlarınızın olduğunu təhlil etməlisiniz. İrəliləmə strategiyanız hazırki bilik səviyyənizə uyğun olaraq dəyişə bilər. Qısaca, əvvəlcə hansı səviyyədə olduğunuzu və hansı səviyyəyə çatmaq istədiyinizi təyin etməlisiniz.  watches 

Mövzuları düzgün dəyərləndirin

Bölməni 4 istiqamətdə bölmək kifayət deyil. İmtahanda hansı mövzu üzrə suallarla daha sıx qarşılaşacağınızı bilməli və hədəfinizə uyğun olaraq mövzuları dəyərləndirməlisiniz. Məsələn, əgər aşağı olan riyaziyyat balınızı yaxşılaşdırmaq istəyirsinizsə, üstlü funksiyalar, xətti funksiyalar, üçbucaq və çoxbucaqlılar, kvadrat tənliklər, faiz və nisbət, ədədi orta, meidan, moda və s. kimi mövzuların imtahanın təxminən 50%-ni təşkil etdiyini bilməli və onlar üzərində sıx olaraq çalışmalısınız.Əgər siz, riyaziyyat bölməsi üzrə 800 balı hədəfləyirsinizsə, o zaman bütün boşluqları doldurmalı, çoxhədlilərin bölünməsi, triqonometriya, kompleks ədədlər, eksperimental şərh və s. kimi az rast gəlinən mövzular üzrə də ustalaşmalısınız. Buna görə də, hansı hədəfə doğru addımladığınızı bilməli və mövzuları buna uyğun şəkildə dəyərləndirməlisiniz.

Zəif tərəflərinizi təyin edin

Hər bir tələbə fərqli zəifliklərə malik ola bilir. Məsələn bir tələbə yetərli riyazi bacarığa malik olmadığı üçün, digəri isə yüksək biliyə malik olub, sualları sürətlə həll edə bilmədiyi üçün imtahandan zəif bal yığa bilər. Yəni, tələbələr həm mövzular üzrə, həm də digər bacarıqlar üzrə müəyyən möhkəmləndirməyə ehtiyac duya bilirlər.

Niyə səhv etdiyinizi araşdırın

İmtahana hazırlıq zamanı test həll edərkən və ya sınaq imtahanına qatılarkən müəyyən səhvlərə yol verə bilərsiniz. Bir çox tələbə “niyə bu sualı səhv yazdım?” sualını cavablandırmayaraq səhv addım atır. Səhvi anlamaq və onun səbəbinin üzərində işləmək yorucu səsləndiyi üçün, bir çox tələbə bu prosesdən qaçaraq, səhvlərini gözardı edir. Əgər siz, hər hansı sualı niyə səhv yazdığınızı anlamasanız, o səhvi təkrarlama ehtimalnız olduqca böyükdür. Buna görə də, imtahanda mükəmməl nəticə əldə etmək istəyirsinizsə, sınaq imtahanında və ya testlərdə səhv etdiyiniz, 20% belə şübhə duyduğunuz sualı yenidən nəzərdən keçirin.

Davamlı çalışın

Heç bir uğurlu nəticəni davamlılıq və disiplinsiz təsəvvür etmək mümkün deyil. Tələbələr vaxtın məhdud olduğunu anlamalı və buna görə addımlamalıdırlar. İmtahana hazırlıq üçün ayırdığınız hər saat sizin inkişafınıza təkan verməlidir. Zəif tərəfləriniz və səhvləriniz üzərində davamlı işləməli, onları güclü tərəfinizə çevirənədək dayanmamalısınız. Yuxarıda sadalanan addımların faydasını, onları yalnız davamlı şəkildə tətbiq etdiyini zaman görə bilərsiniz. Əks halda, uğursuz nəticə qaçılmaz hala gələcəkdir.

Düsturları əzbərləyin və tətbiqi üzrə ustalaşın

Riyaziyyatda bəzi mövzular düsturların əzbərlənməsini və lazımi yerdə tətbiqini tələb edir. Düsturları əzbər bilmədən və dəfələrlə müxtəlif tip suallar üzərində tətbiq etmədən, nə onları əzbərləyə, nə də sürətli şəkildə istifadə edərək sualı həll edə bilərsiniz. Məhz buna görə də, düstur əzbərləməyi gözardı etməməli və daim onları praktikada istifadə etməlisiniz.

Kalkulyatordan düzgün istifadə edin

Rəqəmsal SAT-ın daxili Desmos kalkulyatoru imtahan üçün güclü vasitədir. Siz ondan  çoxaddımlı hesablamaları tez başa çatdırmaq və tənliklərin qrafik sistemlərini yerinə yetirmək üçün istifadə edə bilərsiniz.

Ancaq hər sual üçün bu alət zəruri deyil. Kalkulyatordan istifadə etmədən sualları həll etməyi öyrənmək riyazi bacarıqlarınızı gücləndirərək, tamamilə kalkulyatora etibar etməyinizin qarşısını alır. Unutmayın ki, əsas olan sualı anlamağını və həll yolunu dərk etməyinizdir və bir çox hallarda kalkulyator olmadan suallaı həll etmək daha sürətli ola bilir.

Cavablarınıza bir daha nəzər salın

İmtahanda ən yüksək nəticəni almaq istəyirsinizsə, bu zaman hər modulun sonunda artıq vaxtınız qalarsa, suaların üzrərindən təkarar keçin.Əgər hədəfiniz 800 bal toplamaqdırsa, riyazi həllər üzrə o qədər ustalaşmalısınız ki, sualların üzərindən keçmək üçün müəyyən qədər əlavə vaxtınız qalsın. Fərz edək ki, ən yüksək balı hədəfləmisiniz və imtahanda modulu vaxtından əvvəl bitirmisiniz. Bu zaman boş dayanmamalı, dərhal hərəkətə keçməlisiniz. Doğruluğundan 100% əmin olmadığınız hər hansı sual varsa, onun üzərindən bir daha keçə, onu əvvəl etdiyinizdən fərqli üsulla həll etməyə cəhd edə bilərsiniz. 

Fərqli strategiyalar yoxlayın

İmtahanda hansısa suallın həll yolunu unuda və ya çaşqınlıq yaşaya bilərsiniz. Məsələn, hər hansı bir bərabərsizlik şərtini ödəmə ehtimalı olan 4 variant təqdim olunub. Sualda isə sizdən bərabərsizlik şərtini ödəməyən, yəni yanlış variantı seçmək tələb olunur. Bərabərsizliyi necə həll edə biləcəyinizi bilmirsinizsə, cavabları yerinə qoyaraq sualı cavablandıra bilərsiniz. Yəni, misalın həlli üçün bir yolu unutmusunuzsa, dərha digər strategiyanı tətbiq etməlisiniz.

Heç bir sualı cavabsız qoymayın

Bildiyiniz kimi, imtahanda səhv cavabların düzgün cavablara heç bir təsiri yoxdur. Məhz bu səbəbdən, sualı həll edə bilmədiyiniz halda təxmin yürüdə bilər və ya səh cavabları çıxarmaqla daha az variant arasında seçim edə bilərsiniz. Cavablandırılan hər bir sual sizin imtahan balınız üçün önəm kəsb edir.

İmtahanda sakit və diqqətli olun

 Bir çox tələbə imtahanda hər hansı çətinliklə qarşılaşdığı zaman çaşqınlıq yaşayır və digər suallarda da eyni səhvə yol verir. İmtahanda nə olursa olsun sakit olmalı və bütün diqqətinizi suallara yönəltməlisiniz. Əks halda, ya çaşqınlığınızı digər suallara da yansıdacaqsınız, ya da vaxt itkisinə yol verərək uğursuz nəticə əldə etmə ehtimalınızı yüksəldəcəksiniz. Vaxt itkisi, stress və s. kimi problemlərin həlli və imtahan mühiti ilə daha yaxından tanış olmaq üçün sınaq imtahanında iştirak etməli və mövcud problemlərinizin həlli üzrə çalışmalısınız.

 

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir