fbpx

Digital SAT Sınaq Testləri 2025

 

Digital SAT imtahanında iştirak edəcək hər bir tələbə hazırlıq mərhələsində sınaq testlərini işləmələdir. Bu sınaq testləri iştirakçılara öz bacarıqlarını qiymətləndirməyə, imtahan sualları ilə yaxından tanış olmağa, eyni zamanda zəif və güclü tərəflərini təyin edərək düzgün strategiyayla imtahana hazırlaşmağa yardım edir. Sınaq testlərini əldə edə biləcəyiniz bir neçə qaynaq mövcududr ki, bu qaynaqlar sizə hazırlıq boyu inkişaf üçün dəstək ola bilər.

Collage Board rəsmi saytı

Bildiyiniz kimi, SAT imtahanı artıq kağız üzərində deyil, “Bluebook” tətbiqi vasitəsilə həyata keçirilir. Buna görə də, tələbələr imtahandan əvvəl tətbiqdə yerləşən alət və suallarla yaxından tanış olmalı, imtahanda nə ilə qarşılaşacaqlarını öncədən bilməlidirlər. Bunun üçün, namizədlər qeyd olunan linkə klikləyərək, Collage Boardın təqdim etdiyi “ Full-Length Digital Practice Test on Bluebook” başlığı altında verilən teslərə keçid etməlidir. Unutmamalısınız ki, sınaq testini işləyə bilmək üçün Bluebook tətbiqini yükləməyiniz zəruridir. Bu sınaq test toplusu, real imtahanın ön izləməsi kimi olub, sizə tətbiq daxilindəki alətləri yoxlmağınıza və suallarla tanış olmağınıza şərait yaradır. Real imtahanda bir bölmənin vaxtı bitmədən digərinə keçid edə bilməzsiniz, amma sınaq imtahanında bunu edə bilərsiniz.

 Bundan əlavə, College Board kompüterə asanlıqla çıxışı olmayan tələbələr üçün, Digital SAT sınaq testlərinin PDF versiyalarını təqdim edir. Bu testlər tam olaraq rəqəmsal test təcrübəsini təmin etməsə də, imtahana hazırlıq üçün olduqca faydalı tədris resurslarıdır. Digital SAT imtahanı kağız əsaslı imtahandan bəzi nüanslara görə fərqlənir. Bu fərqliliklərdən biri də, Digital SAT imtahanında hər modulda verilən sualların çətinlik səviyyəsinin tələbənin imtahan boyu mövcud olan performansına görə uyğunlaşdırılırması ilə bağlıdır. Məsələn, tələbə riyaziyyat bölməsinin 1ci modulunda sualları hansı səviyyədə cavablandırsa, 2-ci moduldakı sualların çətinlik dərəcəsi buna uyğun tənzimlənir. Aşağıdakı testlər PDF halında olduğu üçün, sizə yalnız suallarla tanış olmağa və təqribi balınızı təyin etməyə kömək edəcəkdir. Digital SAT praktiki testlərini əldə etmək üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz :  

Digital SAT Practice Test 1        Cavablar         İzahlar

Digital SAT Practice Test 2        Cavablar         İzahlar

Digital SAT Practice Test 3        Cavablar         İzahlar

Digital SAT Practice Test 4        Cavablar         İzahlar

Digital SAT Practice Test 5        Cavablar         İzahlar

Digital SAT Practice Test 6        Cavablar         İzahlar

Khan Academy rəsmi saytı

Collage Board tələbələrə geniş çərçivədə resurs təqdim etmək üçün Khan Academy ilə ortaq fəaliyyət göstərir. Tələbələr Khan Academy-nin təqdim etdiyi sınaq testlərinə də nəzər salaraq imtahana daha effektiv şəkildə hazırlaşa bilər. Sınaq testləri yeni rəqəmsal SAT-dan nə gözləyəcəyinizi daha yaxşı başa düşməyiniz üçün nəzərdə tutulmuş oxu materialları, video dərslər, praktiki suallar, həmçinin dərslər və imtahan strategiyalarını təqdim edir. Khan Academy-nin Rəsmi Rəqəmsal SAT Hazırlığı, sizi testin onlayn versiyasına hazırlamaq üçün diaqnostik testlər və tam ölçülü bir sınaq testi təklif edir. 

 

Sınaq testlərini necə işləmək lazımdır?

 Sınaq testlərini əldə etdiyinizə görə, ondan maksimum dərəcədə faydalanmağa başlaya bilərsiniz. Hazıtlıq mərhələsində inkişafınız üçün xüsusi rol oynayacaq bu testlərin faydalılığını artırmaq üçün bir neçə addıma diqqət yetirməlisiniz.

İmtahan mühitini düzgün seçin

Yuxarıda verilən testlərin hər hansı birinə başlamaq üçün, ilk olaraq səssiz və yaxşı işıqlandırılan bir otaq seçin. Seçdiyiniz məkan diqqətinizi toplamağa, tam imtahana fokuslanmağınıza şərait yaratmalı və diqqət dağıdan hər hansı vasitəni özündə ehtiva etməməlidir.

 

Güclü və zəif yönlərinizi müəyyən edin

Nəticələrinizi nəzərdən keçirdikdən sonra, sınaq boyu nədə çətinlik çəkdiyinizi və hansı üstünlüklərinizin oluğunu analiz edin. Hansı mövzularda güclüsünüz? Hansı mövzularda möhkəmləndirməyə ehtiyacınız var? Bu sualları cavablandıraraq bacarıqlarınızı daha yaxşı inkişaf etdirə bilərsiniz. Güclü və zəif yönlər dedikdə yalnız riyaziyyat və oxuma-yazma üzrə bilgi səviyyənizlə bağlı olan məsələlər nəzərdə tutulmur. Burada eyni zamanda, vaxt idarəsi, stress idarəsi, fokuslanma, sualların həll üsulu və s. kimi amillər də nəzərdə tutulur. Sınaq boyu etdiyiniz səhvləri təyin edib onların üzərində xüsisilə işləməlisiniz ki, növbəti dəfə eyni səhvi təkrarlamayasınız.

İzah materiallarına nəzər salın

Yuxarıda sadalanan resursların digər üstünlüyü də, sualların cavabları ilə birlikdə izahlarının da tələbələrə təqdim olunmasıdır. əgər hər hansı sualı səhv yazmısınızsa və ya əmin olmadğınız sual varsa, mütləq şəkildə cavablarla birlikdə verilən izahlara və ya video materiallara nəzər salın.

Bütün sınaq testlərini birlikdə işləməyin

Bütün sınaq teslərini birlikdə işləmək sizə mənfi təsir göstərə bilər. Siz bir sınaq testini işlədikdən sonra səhvlərinizi analiz etməli və növbəti sınaq testinə qədər özünüzü inkişaf etdirməlisiniz. Sınaq testləri arasındakı müddəti tənzimləmək bu resursların faydalılığını daha da artıracaqdır.

 

Yuxarıda qeyd olunan resurs və digər məlumatları nəzərə alaraq imtahana hazırlaşmağınız, hədəf balınıza biraz da yaxınlaşmağınızı təmin edəcək. Fəaliyyətinizin uğurlu nəticə ilə sonlanması üçün daim üzərinizdə çalışmalı və hədəfinizə doğru irəliləməyi əsla dayandırmamalısınız.



SAT İmtahanı Üçün Sizə Lazım Olacaq Bütün Resurslar