SAT NƏDİR?
SAT Nədir?
SAT ABŞ, Türkiyə, Kanada və bir çox Avropa universitet və kolleclərinə qəbul üçün tələb olunan imtahandır. SAT “Scholastic Aptitude Test” və ya “Scholastic Assessment Test”in qısaldılmasıdır.
SAT tələbələrin akademik qabiliyyətlərini ölçmək və universitetlərin ərizələri qiymətləndirməsi üçün başlıca vasitə kimi istifadə olunur. Bu imtahan tələbələrin riyaziyyat, oxu və yazı bacarıqlarını yoxlayır və abituriyentləri qiymətləndirmək üçün qəbul komissiyalarını mühüm məlumat mənbəyi təmin edir.
SAT imtahanını hansı qurum təşkil edir?
SAT imtahanı Amerika Birləşmiş Ştatlarında qeyri-kommersiya təşkilatı College Board tərəfindən hazırlanır. Bu imtahanın daha əvvəl Educational Testing Services (ETS) tərəfindən hazırlanırdı.
Günümüzdə SAT (Scholastic Assessment Test) imtahanı çoxsaylı kollec və universitetlərə qəbul üçün başlıca imtahanlardan biri kimi istifadə edilir. Bu imtahanın məqsədi tələbələrin qrammatika, riyaziyyat və yazma bacarıqlarını qiymətləndirməkdir.
SAT Exam və ya SAT imtahanı nəyi ölçür?
SAT imtahanı, tələbələrin akademik bacarıqlarını ölçmək üçün istifadə edilən bir standart bir testdir. SAT akademik uğur üçün zəruri olan tənqidi düşünmə bacarıqlarını ölçür. Qeyd olunur ki, SAT şagirdin və ya tələbənin problemləri necə təhlil edərək həll etdiyini qiymətləndirir. Bu imtahan, şagirdlərin və ya tələbələrin kritik düşünmə, problem həll etmə qabiliyyətlərini qiymətləndirir. Bu imtahan, tələbələrin bilik və bacarıqlarını obyektiv şəkildə qiymətləndirməyə kömək edir və onların universitetə qəbul olmaq üçün uyğunluğunu ölçür. Bu səbəbdən SAT imtahanına hazırlıq tələbələr üçün əhəmiyyətli bir addımdır.
Qəbuldan sonra SAT imtahanin üstünlüyü
Bakalavr pilləsinə qəbuldan əlavə, SAT həmçinin ümumi insan intellektini və intellektual yetkinliyini öyrənən tədqiqatçılar, xüsusən də bəzi işəgötürənlər tərəfindən işə qəbul zamanı istifadə olunur. Ümumilikdə, SAT imtahanından yuxarı bal toplamaq, sizin intellektual səviyyənizin yüksəkliyini göstərir. SAT nədir sualının ən vacib cavabı məncə budur.
SAT imtahaninın strukturu
SAT nədir və neçə hissədən ıbarətdir sualının cavabı 2-dir, “reading, writing” və “math” hissələrindən. Sat-ın ımtahanı hissəsi üçün ümumi vaxt mart ayından başlayaraq digital sat formatında artıq 2 saat 14 dəqiqə olacaqdır.
SAT imtahanı, iki əsas hissədən və bir əlavə hissədən ibarətdir. Bu imtahan, Reading (oxuma), Writing (yazma) və Math (riyaziyyat) hissələrindən təşkil olunur. İmtahan strukturu aşağıdakı kimidir:
SAT Reading Və SAT Writing | SAT Verbal
Reading (Oxuma) Hissəsi: Bu hissə tələbələrin, mətnləri anlamaq, mətnlərdən məlumat çıxarmaq və mətnləri qiymətləndirmək bacarığını sınaqdan keçirir. Lüğət bilikləri və mətnlərin strukturu və məzmununu qiymətləndirmə reading hissəni əhatə edir. Writing (Yazma) hissəsi tələbələrin ingilis dilində yazma bacarığını sınaqdan keçirirlər. İmla, yazım, ifadələr və mətnin quruluşu kimi yazma aspektləri qiymətləndirilir.
“SAT Reading”, “SAT Writing” hissəsi 2 moduldan ibarət olacaqdır. 1-ci və 2-ci modulun hər birində 25 sual olacaqdır. Hər iki hissə üçün SAT Reading və SAT Writing üçün ayrı ayrılıqda 32 dəqiqə veriləcəkdir. Bundan əlavə hər modul üzrə modullara başlamadan öncə hər tələbəyə 2 əlavə sual veriləcəkdir. Beləliklə, toplam modullar üzrə 54 sual olacaqdır. 54 sualı yazmaq üçün SAT imtahanında sizin 64 dəqiqəniz olacaqdır.
SAT MATH | SAT Riyaziyyat
Riyaziyyat hissəsində tələbələr, riyaziyyat biliklərini sınaqdan keçirirlər. Bu hissədə ədədlə işləmək, problem həll etmək və riyaziyyat məsələlərini həll etmək üçün tələb olunan riyazi qabiliyyətləri qiymətləndirilir.
SAT Math Hissə 2 Moduldan Ibarət Olacaqdır. Hər Modul Üzrə Sual Sayı 22-Dir. Hər Modul 35 Dəqiqə Olacaqdır. Toplamda 44 Sual Olan SAT Math Bölməsinə 70 Dəqiqə Verilir. Sualların 75%-I Yəni 33 Sual Test Formatında 4 Variantlı, 25%-I Yəni 11 Sual Isə Açıq Tipli Suallar Olacaqdır. SAT Riyaziyyat Bölməsində Kalkulyatordan Istifadəyə Icazə Var.
Əlavə Hissə (Optional Essay): Bu hissə əlavədir və tələbələr üçün seçimdir.
SAT imtahanının strukturu mart ayından başlayaraq dörd hissədən ibarətdir və artıq digital formatda təqdim edilir. Ümumi imtahan vaxtı isə 2 saat 14 dəqiqədir. Bu format tələbələrə daha interaktiv və müasir bir sınaq təcrübəsi təmin edir.