fbpx

SAT MATH TOPICS

SAT MATH TOPICS

“SAT MATH TOPICS” nədir? Riyaziyyat hissəsində qarşımıza hansı sual tipləri çıxacaq? SAT İmtahanının Math bölməsi hansı mövzuları əhatə edir?

Ənənəvi SAT (Paper) 53 sualdan və 2 bölmədən ibarətdir; No-Calculator və Calculator.

Rəqəmsal (Digital) SAT isə tək hissə olmaqla 44 sualdan ibarətdir. Lakin, bu imtahanların hər birində riyaziyyat mövzuları eynidir, yəni Digital SAT-da bizi yeni tip sual qarşılamır. Gəlin riyaziyyatdakı suallarla tanış olaq.

“SAT Math topics” riyaziyyatın 4 əsas bölməsiylə bağlı olur.

  • Ədədlər və əməliyyatlar
  • Cəbr və funksiyalar
  • Həndəsə

Məlumatların təhlili, statistika və ehtimal

Hər bölməylə bağlı suallarla tanış olaq.

Ədədlər və əməliyyatlar

SAT

Solda gördüyünüz sual SAT imtahan kitabçasından götürülmüşdür. Bu sualı həll etmək üçün ardıcıllıq bu şəkildə olmalıdır:

Sol tərəfin sadələşdirilməsi (mötərizənin açılması), məchulu sol tərəfdə saxlayaraq tam ədədlərin sağa keçirilməsi ( 6x = 42 ), X-in tapılması. X = 7

Cəbr və Funksiyalar

  1. Göstəricilərlə xətti və kvadratik funksiyaları sadələşdirin.
  2. Qeyri-xətti tənlikdə dəyişəni təcrid edin.
  3. Kvadrat tənlikləri faktorlara ayırma, kvadratı tamamlama və kvadrat düzturlarla həll edin.
  4. Çoxhədli ifadələrlə əməliyyatları yerinə yetirin.
  5. Tənliklərin məxrəcində dəyişən varsa, həll edin.
  6. Çoxhədlinin sıfırlarının və amillərinin bir-biri ilə və qrafiklə necə əlaqəli olduğunu bilin.
  7. Qeyri-xətti qrafikin tənlik və ya tənliklər sistemi ilə necə əlaqəli olduğunu bilin.
SAT

Bu sualda g(4)-ün anlamı x-in qiymətinin 4 olmağıdır. Yəni bərabərsizliyin sağ tərəfində x-in yerinə 4qoysaq, y-in qiyməti 8 olacaq. İlk öncə a-nın qiymətini tapmalıyıq:

8 = 16a + 24

16a = -16; a = -1

Daha sonra a-nın qiymətini yerinə qoyduqdan sonra, x-in yerinə (-4) qiymətini qoyub hesablamalıyıq.

g(-4) = (-1)  (-4)  (-4)+ 24 = 8

Doğru cavab A.

SAT Math topics - Həndəsə

  1. Testin ilk səhifəsində verilən sahə və həcm düsturlarından istifadə edin.
  2. Paralel xətlər eninə kəsildikdə və ya bərbabərtərəfli üçbucaq olanda çatışmayan məlumatları həll edin.
  3. Pifaqor teoremindən və ya trigonometrik nisbətlərdən istifadə edərək düzbucaqlı üçbucağı həll edin.
  4. Bənzər üçbucaqlar və trigonometrik nisbətlər arasındaki əlaqələrdən istifadə edin.
  5. Bir dairədə çatışmayan dəyərləri hesablayın (qövs uzunluqları, bucaq ölçüləri, akkord uzunluqları,sektor sahələri).
  6. Dərəcə və radian ölçüləri arasında çevirin.
  7. Koordinat müstəvisində dairənin tənliyinin standart formasını tapın və şərh edin.

Bu sual nisbətən asandır. İlk öncə bilirik ki, DBC bucağı 30-a bərabərdir. Həll etmək üçün isə ilk öncə trigonometrik nisbətlər ilə DC-nin uzunluğunu tapa bilərik. 30 dərəcənin karşısındaki bucaq hipotenuzun yarısına bərabərdir. Bilirsiniz ki, bərabəryanlı üçbucaqda təpədən çəkilmiş hündürlük (BD)  oturacağı (AC) yarıya bölür. Yəni AD və DC bərabərdir.

SAT

Məlumatların təhlili, Statistika və Ehtimal

  1. Problemi həll etmək üçün nisbətlərdən və faizlərdən istifadə edin.
  2. Vahid çevrilmələri həyata keçirin.
  3. Qrafa üçün ən yaxşı xətti və dağılma əyrisini müəyyənləşdirin.
  4. Xətti və çoxalan artım arasındaki fərqi bilin.
  5. Ehtimalları hesablayın.
  6. Məlumatın orta ədədini, medianını və diapazonunu hesablayın və bunların standart sapma ilə birlikdə məlumatın formasına, mərkəzinə və yayılmasına necə təsir etdiyini anlayın.
  7. Məlumatlardan statistik nəticələr çıxarın və əsaslandırın.
SAT

Gəlin bu sualı bir az incələyək. İtlər və pişiklərlə bağlı bir cədvəl verilib. Bunlar da özlüyündə 2 hissəyə bölünür; sadəcə quru qida yeyənlər və həm quru, həm də yaş qida yeyənlər. Bizdən soruşduğu isə itlər arasında sadəcə quru yemək yeyənlərin nisbətdə olduğudur. İtlərin toplam sayı 25-dir. Sadəcə quru qida yeyənlər isə 2 dənədir. Doğru cavab B.

 

SAT İmtahanı Üçün Sizə Lazım Olacaq Bütün Resurslar