fbpx

SAT imtahanı vaxtı edilən 5 səhv

SAT imtahanına daxil olan hər bir tələbə yüksək nəticə əldə edərək uğurlu sonla qarşılaşmağı arzulayır. Təəssüf ki, bəzi hallarda tələbələr yetəri qədər bilikli olmasına baxmayaraq, imtahan müddətində edilən bir neçə səhv ucbatından uğura çata bilmirlər.  Tələbələrin hazırlıq müddətində ikən nəzərə almalı olduqları və əvvəlcədən barəsində tədbir görməli olduqları bir neçə imtahan səhvinə nəzər salaq:

1.Vaxtın düzgün idarə olunmaması

Bəzən tələbələr imtahanda vaxtını düzgün bölmədiyi və sualların cavablandırılmasını çatdırmadığı üçün sonda zəif nəticəylə üzləşir. Onlar imtahan zamanı hansı hissəyə nə qədər vaxt ayıracağını öncədən planlaşdırmalı və bir sual üzərində xeyli vaxt keçirərək zaman itkisinə yol verməməlidirlər. Hansı suallara nə qədər vaxt ayıracağınızı, hansı növ sualların daha çox və ya daha az vaxtınızı aldığını yalnız sınaqlara qatılaraq öyrənə bilərsiniz. Sınaqlarda iştirak etmək sizin SAT sualları ilə tanış olaraq onları müvafiq müddət ərzində cavablandırma bacarığına yiyələnə bilərsiniz.

2. Stressə məğlub olmaq

Stress hər bir tələbənin ən az bir dəfə üzləşdiyi,  aradan qaldırmaq üçün mübarizə apardığı və bəzi hallarda məğlub olduğu bir düşməndir. Bəzi hallarda tələbələr imtahan zamanı həyəcanlanır və özlərini itirirlər. Bu hal daha çox vaxt məhdudiyyəti, birdən-birə qarşıya çıxan çətin sual və yekun nəticənin mənfi olacağı düşüncəsi yaradığı vəziyyətdə ortaya çıxır. Tələbələr imtahan stressi ilə tanış olmaq və mühitə öyrəşmək üçün sınaqlara qatılmalı və bu düşmənlə meydanda üzləşməlidirlər. Onlar həmçinin SAT imtahanının gələcəkləri üçün önəmli olan amillərdən sadəcə biri olduğunu və istədikləri zaman bu imtahana yenidən qatıla biləcəklərini də unutmamalıdırlar.

3. Diqqətsizlik və tələskənlik

Bəzən tələbələr sualları vaxtında yekunlaşdırmamaq qorxusu ilə tələskənlik edirlər. Bu isə onların sualları düzgün oxumamasına, düzgün cavabı tapdıqları halda səhv cavabı seçmələrinə və ya həll zamanı yubanmalara səbəb ola bilir. Bu tərz diqqətsizliklərə yol verməmək üçün onlar tələsməməlidirlər ki, bu da vaxtın idarə edilməsi ilə birbaşa əlaqələnir.

Bazən tələbələr sualları vaxtında yekunlaşdırmamaq qorxusu ilə tələskənlik edirlər. Bu, onların sualları düzgün oxumamasına, düzgün cavabı tapdıqları halda səhv cavabı seçmələrinə və ya həll zamanı yubanmalara səbəb ola bilir. Bu tərz diqqətsizliklərə yol verməmək üçün onlar tələsməməli, ehtiyatla sualları oxumalı və məlumatları ətraflı şəkildə düşünməlidirlər. 

4. Tələb olunan ləvazimatlarda əskiklik

Tələbələr imtahan mərkəzinə yaxınlaşmazdan əvvəl təlimatlara əsasən imtahan zamanı istifadə olunacaq bütün ləvazimatların, tələb oluna biləcək sənədlərin mövcudluğunu təmin etdiklərindən əmin olmalıdırlar. Əks halda onlar imtahan zamanı problem yaşaya və ya ümumiyyətlə imtahana buraxılmaya bilər.

5. İmtahan məntəqəsinə gecikmə

İmtahan məntəqəsinə gecikmək olduqca riskli və mənfi hal olaraq qiymətləndirilir. Bu problem sizin ümumiyyətlə imtahana daxil ola bilməməyinizə və ya imtahandan öncə stress yaşamağınıza səbəb ola bilər. Buna görə də namizədlər bu məsələyə olduqca məsuliyyətli şəkildə yanaşmalı və imtahan vaxtından müəyyən qədər əvvəl imtahan mərkəzində olmalıdırlar.

 

Yuxarıda göstərilən səhvlər imtahan nəticəsinə birbaşa təsir edən faktorlardır. Bu tip situasiyalarla imtahanda qarşılaşmamaq üçün dəfələrlə sınaq imtahanında iştirak etməli və hansı yönünüzün zəif olduğunu aşkarlayaraq onun üzərində çalışmalısınız. Səhvləriniz və çatışmazlıqlarınızla üzləşərək hazırlıq müddətində onların həllinə yönəlmək imtahan nəticələrinizin yüksəlməsinə təsir göstərəcəkdir.