Bildiyiniz kimi, SAT imtahanı artıq kağız üzərində deyil, rəqəmsal formada həyata keçirilir. Tələbələrə daha rahat və əlverişli mühit təqdim edən bu rəqəmsal imtahan 2 hissədən ibarət olub ümumilikdə 98 sualı əhatə edir. Bəs imtahan hansı tip suallardan ibarətdir və biz imtahanda nələrlə qarşılaşa bilərik? Gəlin bu sualın cavabını aydınlaşdırmaq üçün sual nümunələrinə daha yaxından nəzər salaq.
Oxuma və Yazı bölməsi sual formaları
Bölmə 54 sualdan ibarət olub ümumi imtahan müddətinin 64 dəqiqəsini təşkil edir. Oxuma və yazı bölməsi namizədlərin ingilis dilində oxuyub anlama, analiz, məlumatlar arasında əlaqə yarada bilmə qabiliyyətlərini ölçməklə yanaşı, onların yazı qaydaları haqqında olan biliklərini də qiymətləndirir. Sual nümunələrinə nəzər salmaqla bölmə haqqında daha dəqiq təsəvvür yaradaq:
Sualda bizdən mətnin əsas ideasını ən yaxşı şəkildə təsvir edən cümlənin seçilməsi tələb olunur. Bunun üçün biz, ilk olaraq mətni diqqətli şəkildə oxuyaraq burada əsas nədən söhbət getdiyini anlamalıyıq. Vaxtı nəzərə alaraq bu prosesi tələsmədən, lakin sürətli şəkildə həyata keçirib variantları nəzərdən keçirməyə başlamalıyıq. Nümunədəki mətni gözdən keçirdiyimiz zaman görə bilərik ki, burada əsas məsələ Lillie Taylor’ un Arizonada, yun üçün boya hazırladığı yerdə bitki və tərəvəz kimi resurslardan istifadə etməsindən ibarətdir. Bu fikirlə ən uyğun olacaq cavab isə C variantında verilmişdir.
Sualda bizdən boşluğun yerinə məntiqi cəhətdən ən uyğun sözün aid olduğu variantın seçilməsi tələb olunur. Bunun üçün boşluqdakı sözün nəyi izah etiyini müəyyən etməli və boşluğun əvvəli və sonrasındakı cümlələrdən nəticə çıxararaq variantlara nəzər salmalıyıq. Bu zaman bizə söz ehtiyatımız və məntiqi düşüncə qbailiyyətimiz yardım edir. Bu bacarıqlar vasitəsilə bu tip sualların həllini sürətli şəkildə yerinə yetirə bilərik. Məsələn bu mətnə nəzər salsaq görərik ki, boşluğa uyğun sözün verildiyi cavab C variantında qeyd olunmuşdur.
Burada sizdən verilmiş məlumatlara əsaslanıb düzgün analiz apararaq seçim etməyiniz tələb olunur. Bunun üçün ümumilikdə mövzunun nə olduğunu anladıqdan sonra, cədvəldə verilən məlumatları suala uyğun şəkildə analiz edərək düzgün cavabı seçməlisiniz.
Bu tip suallarda sizdən yazı qaydalarına uyğunlaşacaq şəkildə durğu işarəsinin təyin olunması tələb olunur. Qaydaya uyğun olaraq, bu sualda sözdən sonra heç bir durğu işarəsinə ehtiyac olmadığına görə D variantı seçilir.
Riyaziyyat bölməsinə aid suallar
Əvvəllər bu bölmədəki suallar “non-calculator” və “calculator” olaraq iki hissəyə ayrılırdı, lakin, imtahanın rəqəmsallaşması ilə bərabər bu qayda da dəyişdi və bütün suallarda kalkulyatordan istifadə etmək mümkün oldu. Bu bölmə sizin riyazi, analiz və problem həlli bacarığlarınızı qiymətləndirməyə yönəlmiş usallardan ibarətdir. Gəlin izahlı nümunələrə nəzər salaq.
Yuxarıdakı suallardan birincisində funksiyalar verilib və bu funksiyalarda x-in yerinə müvafiq rəqəmləri qoymaqla alınan cavabların, həlli tələb olunan misalda yerinə qoyulması istənilir. Digər sualda isə, verilmiş məsələnin həll olunması ilə doğru varinatın seçilməsi tələb olunur.
Yuxarıdakı sualda x=32 nöqtəsinə uyğun y oxunun qiymətinə ən yaxın olan variantın seçilməsi tələb olunur. Burada x-in 32-ni göstərdiyi nöqtə y üçün 2 və 3 aralığında yerləşən nöqtəylə uyğunlaşır. Cavablardan isə yalnız C variantındakı 2.4 2 və 3 arasında yerləşir.
Yuxarıda göstərilən sual nümunələri imtahan zamanı qarşılaşa biləcəyiniz suaların yalnız bir qismini əhatə edir. Digital SAT imtahanına uyğunlaşdırılmış izahlı sual nümunələrinə və ya SAT Practise testlərinə nəzər salmaqla imtahan sualları ilə daha yaxın və detallı şəkildə tanış ola bilərsiniz.