fbpx
sat imtahan müddəti

SAT imtahan müddəti nə qədərdir?

SAT imtahanı, dünya üzrə bir çox universitetə qəbul üçün önəmli faktor hesab olunur.Bu imatahan xüsusilə Amerikada yerləşən kollec və universitetlərə qəbul üçün böyük əhəmiyyət kəsb edir. İmtahanın məqsədi, müraciət edən tələbələrin bilik və bacarıqlarını dəyərləndirmək və universitet səviyyəsində olan fəaliyyətlərə nə qədər hazır olduqlarını təyin etməkdən ibarətdir.

İmtahan 2 əsas hissədən ibarətdir: Oxuma, yazı və riyaziyyat. Ümumi imtahan müddəti 2 saat 14 dəqiqədir.Bu müddətin 64 dəqiqəsi 54 sualdan ibarət olan oxuma və yazma bölməsinə ayrılmışdır.Suallar oxuyub anlama, qrammatik və yazı bacarıqlarını qiymətləndirmək üçün tərtib olunmuşdur.Riyazi biliklərin yoxlanması ilə bağlı olan bölüm isə 44 sualdan ibarət olub 70dəqiqə təşkil edir.Bu bölmədəki suallar tələbələrin riyazi düşünmə, problem həlli və analiz qabiliyyətlərini ölçmək üçün nəzərdə tutulmuşdur.İki bölmə arasında 10 dəqiqəlik fasilə vardır ki, bu müddət tələbələrə diqqətlərini yenidən toplamaq və növbəti hissəyə daha yaxşı fokuslanmaq imkanı verir.

SAT imtahanı bir çox mövzuda bilgili olmağı və davamlı çalışmağı tələb edən bir imtahandır.Buna görə də, imtahanda uğurlu nəticə əldə etmək istəyən hər bir tələbə imtahanın gedişatı haqqında detallı məlumata malik olmalı və imtahanda tələb olunan bilik və bacarıqlara yiyələnməlidir.Zəngin resurs və peşəkar müəllimlərdən ibarət bizim kurslarımız tələbələrə hədəflərinə çatmaq üçün addımladıqları yolda dəstək olmağa daim hazırdır.Uğur yolunda ilk addımınızı atmaq üçün bizimlə dərhal əlaqəyə keçə bilərsiniz.

Əlaqə üçün: +994 51 773 84 89 

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir