fbpx
SAT hazırlığında vaxtın idarəsi

SAT hazırlığında vaxtımızı necə effektiv idarə edə bilərik?

Zaman mücərrəd və sabit bir anlayışdır. Geriyə dönə, dayandıra və ya vaxtı dəyişdirə bilmərik. Bəzi günlərin qısa, bəzi günlərin uzun olduğunu hiss etməyimizin səbəbi bütünlüklə günü nə qədər səmərəli istifadə etməyimizdən asılıdır.

Bəs SAT hazırlığında vaxtımızı necə effektiv idarə edə bilərik? Vaxtdan səmərəli istifadə etmək və vaxtı düzgün idarə etmək üçün hansı şərtlər var? Bu suallara cavab tapmaq üçün məqaləmizə baxa bilərsiniz.

Özünüzü tanıyın

  • Zəif və güclü tərəflərinizi müəyyən edin: SAT hazırlığınıza başlamadan əvvəl öz güc və zəif tərəflərinizi müəyyən etmək, effektiv bir hazırlıq strategiyası qurmaq üçün çox önəmlidir.Bu, hədəflərinizi müəyyənləşdirməkdə və dəqiq bir hazırlıq planı qurmaqda kömək edəcək. Aşağıdakı mərhələləri izləyərək, özünüzü daha yaxşı tanıyıb, SAT sınağına daha məqsədyönlü şəkildə hazırlaşa bilərsiniz.
  • Diagnostik testlərdən istifadə edin: Hazırlığa diagnostik testlər həll edərək başlayın. Bu testlər, SAT formatına uyğun hazırlanmış olmalı və sizə sualların strukturunu, zaman tələblərini və testin ümumi tələblərini anlamağa kömək etməlidir. Diagnostik testlərin nəticələri, güclü və zəif tərəflərinizi görmək üçün əla bir vasitədir.
  • Güclü və zəif tərəfləri analiz edin: Test nəticələrinizi dəyərləndirərkən, hər bir bölmədə hansı sual tiplərində yaxşı, hansılarında isə zəif performans göstərdiyinizi müəyyən edin. Məsələn, riyaziyyat bölməsində cəbrdən daha çox həndəsə suallarında çətinlik çəkirsinizsə, bu, sizin üçün bir zəiflik nöqtəsidir.
  • Peşəkar yardım və resurslardan istifadə: Zəifliklərinizi aradan qaldırmaqda çətinlik çəkirsinizsə, peşəkar bir müəllim və ya hazırlıq kurslarından yardım ala bilərsiniz. Həmçinin, SAT hazırlığı üçün xüsusi olaraq nəzərdə tutulmuş dərsliklər, onlayn kurslar və təcrübə testlərindən istifadə edərək öz biliklərinizi genişləndirin.

Qeyd dəftərindən istifadə edin

Qeyd dəftərindən istifadə etmək, əsasəndə mühüm məqsədlər üçün hazırlaşarkən, məsələn SAT imtahanına hazırlaşmaq kimi, vaxtın düzgün idarə edilməsinə böyük kömək edə bilər. Qeyd dəftəri, həm günlük planları qurmaq, həm də uzunmüddətli hədəflərə doğru irəliləyişi izləmək üçün faydalı bir vasitədir. Aşağıda, qeyd dəftərindən istifadə edərək vaxtınızı daha effektiv idarə etməyin yolları haqqında bəzi təkliflər qeyd etdiq:

Təqviminizi quraşdırın

  • Həftəlik/dəqiq planlaşdırınız: Həftəlik vəzifələrinizi və məqsədlərinizi qeyd edin. Hər günə xüsusi tapşırıqlar ayırın, buna görə də hər gün nə etməli olduğunuzu biləcəksiniz.
  • Uzunmüddətli planlaşdırma: SAT imtahanı kimi mühüm tarixləri qeyd dəftərinizə yazın. Ardınca, bu tarixlərə doğru irəliləyişinizi planlaşdırın, məsələn, hər həftə üçün oxumaq, yazmaq və riyaziyyat üzrə tapşırıqları planlaşdırın.

Prioritetləri müəyyən edin

  • Gündəlik vəzifələr: Gündəlik vəzifələrinizi prioritetlərinizə görə sıralayın. Ən vacib tapşırıqları günün əvvəlində yerinə yetirməyə çalışın.
  • Vacib və vacib olmayan tapşırıqlar: Qeyd dəftərinizdə vacib və vacib olmayan tapşırıqları ayırın. Bu, vaxtınızı daha vacib işlərə sərf etməyə kömək edəcək.

İrəliləyişi izləyin

  • Görülən işləri qeyd edin: Görülən işləri qeyd etmək motivasiyanızı artırır və nə qədər irəlilədiyinizi görməyə imkan verir.
  • Nəticələri dəyərləndirin: Həftənin sonunda görülən işləri və hələ də görülməli olanları dəyərləndirin. Bu, növbəti həftə üçün planlaşdırmanıza yardımcı olacaq.

Məqsədəuyğun təkrarlar və tənqidlər

  • Müntəzəm təkrarlar: Öyrənilən materialı müntəzəm olaraq təkrar edin. Qeyd dəftərinizdə hər bir mövzunun təkrarlanma cədvəlini qurun.
  • Özünütənqid: Həftəlik və ya aylıq özünütənqid sessiyaları təşkil edin. Nələri yaxşı edə bilərdiniz və nəyi dəyişməlisiniz, bunları qeyd edin.

Günə erkən başlayın

Vaxtınızı yaxşı istifadə etməyin ən vacib yolu günə erkən başlamaqdır. Günortaya qədər bir çox işin öhdəsindən gələ bilərsiniz ki, özünüzə daha çox vaxt ayıra biləsiniz. Vaxtı düzgün idarə etmək üçün günə erkən başlayın. Erken başladıqda hədəflərinizə çatmaq üçün daha çox vaxtınız olacaq.

Görüləcək işləri sıralayın

SAT hazırlığında vaxtınızı düzgün istifadə etməyin yollarından biri də görüləcək işləri düzgün ardıcıllıqla sıralamaqdır. İlk sırada sizin üçün təcili və vacib olan tapşırıqlarınızdan başlayaraq görüləcək işlərinizi sıralayın. Beləliklə, ilk olaraq hansından başlayacağınızı düşünməklə vaxt itirməyəcəksiniz.

Fasilələrinizi doğru zamanda alın

SAT hazırlaşarkən vaxtınızı yaxşı istifadə etməyin digər yollarından biri də fasilələrinizi düzgün planlaşdırmaqdır. Vaxtınızı səmərəli istifadə etmək üçün işləyərkən düzgün vaxtlarda fasilələr verməlisiniz. Məsələn, 3 saatlıq bir işi fasilə vermədən görməyə çalışsanız, diqqətiniz dağılacaq və məhsuldar olmayacaqsınız. Bunun əvəzinə işinizi başlıqlara bölün və başlığınız tamamlandıqdan sonra özünüzə fasilə verməyə çalışın.

Gününüzü planlaşdırın

Vaxtınızı səmərəli istifadə etmək üçün günü planlaşdırmağı öyrənməlisiniz. İstəsəniz bunu həftəlik də edə bilərsiniz. Həftə ərzində SAT üçün hansı tapşırıqlarınız varsa, onları günlərə bölərək əlavə vaxt qazanaraq biliklərinizi təkrar edə bilərsiniz.Öyrəndiklərinizi müntəzəm olaraq təkrar edin ki, bilikləriniz möhkəmlənsin. Effektiv vaxt idarə etmək üçün günü planlaşdırmağı və plana sadiq qalmağı vərdiş halına gətirməlisiniz.

Mobil telefondan istifadənizi məhdudlaşdırın

Mobil telefondan istifadə bu gün asılılığa çevrilib. Əgər belə bir asılılığın olduğunu düşünürsənsə, SAT imtahanında yüksək bal toplamaq və vaxtdan səmərəli istifadə etmək üçün mobil telefondan istifadəni məhdudlaşdırmalı olacaqsınız. Gün ərzində özünüz üçün saatlar təyin edin və bu saatlar xaricində sosial media və ya internetə göz atmayın. Başlanğıcda bu saatları bir az daha tez-tez təyin edə və məsafəni tədricən artıra bilərsiniz. Mobil telefon detoksunun sizə nə qədər vaxta qənaət etdiyinə inanmayacaqsınız.

Sağlam bir yaşam tərzi qurun

  • Günə enerjili başlamaq üçün yuxunuzu alın: Vaxtınızı düzgün idarə etmək istəyirsinizsə, enerjili olmalısınız. Bu, keyfiyyətli yuxu ilə birbaşa mütənasibdir. Əgər kifayət qədər yuxunuz yoxdursa,SAT hazırlaşmaq üçün lazım olan enerjiniz olmayacaq və özünüzü yorğun hiss edəcəksiniz. Yaxşı bir gecə yuxusu və sağlam qidalanma, dərs zamanı diqqətinizi və enerjinizi artırır.
  • Fiziki fəaliyyət: Fiziki fəaliyyət stresi azaldır və dərsə olan diqqəti artırır. Həftədə bir neçə dəfə qısa məsafəyə yürüyüşlər və ya idman edin.

Stressi idarə edin

  • Nəfəs və Meditasiya Təcrübələri: Test ərəfəsində yaranan stressi azaltmaq üçün nəfəs məşqləri və meditasiya edin.
  • Pozitiv Qalın: Pozitiv düşüncə və özünə inam, SAT kimi mühüm imtahanlar qarşısında motivasiyanızı yüksək tutmaqda əhəmiyyətlidir.

Zamanın sizi idarə etməsinə icazə verməyin, siz onu idarə edin

İl, ay, həftə və gün dəyişdirilə bilməyən ədədlərdən ibarətdir. Siz bu nömrələri dəyişə bilməzsiniz, lakin onların sürətini dəyişə bilərsiniz. Hamısı saatlarınızı necə keçirdiyinizdən asılıdır. SAT hazırlığı, düzgün planlama, zamanın effektiv idarə olunması və mənəvi hazırlıq tələb edir. Yuxarıda sadalanan məsləhətlər, bu mühüm mərhələdə uğur qazanmağınıza kömək edəcək stratejilərdir. Özünüzə inanın, səbrli olun və məqsədlərinizə doğru addımlayın. Uğur yolunda sizi nələrin gözlədiyini heç vaxt unutmayın. Əgər vaxtınızı düzgün istifadə etməyi bilirsinizsə SAT imtahanına hazırlaşmaq sizin üçün daha asan olacaq