ODTÜ SAT Balı
Orta Doğu Teknik Universitetinə qəbul olmaq üçün nə qədər SAT balı lazımdır? Universitetin digər tələbləri nələrdir? ODTÜ-də oxumağın yolları.
Türkiyə üzərində 3-cü yerə sahib bu universitet dünya sıralamasında (QS WORLD UNIVERSITY RANKINGS ) 596-cı pillədə yer alır. Qeyd edək ki Türkiyə üzrə sıralamada İstanbul universiteti və Koç universiteti ODTÜ-nü geridə qoyub.
ODTÜ-nün SAT üzrə tələbləri nələrdir?
Ankara və Şimali Kiprdə korpusu olan bu universitetə SAT, ACT, Beynəlxalq AL və ASL imtahanları, Beynəlxalq Elm Olimpiyaları və AP ilə qəbul olmaq şansınız var. Lakin, YÖS imtahanı OTDÜ-də keçirilmir və digər universitetlərin YÖS imtahan balları qəbul olunmur.
Fakültələr üzrə ODTÜ SAT balı:
- Ankara korpusu – SAT imtahanındaki 1600 baldan ən az 1200 bal toplamış olmaq. Mühəndislik, Memarlıq, İncəsənət və Elmlər fakültələri üçün “Math (Riyaziyyat)” bölməsindən ən azı 680 bal toplamış olmaq və ya SAT Subject imtahanından fakültəylə bağlı olmaq üzrə 3 fərqli fənndən (biri mütləq Math 2 olmalıdır) ən az 700 bal toplamaq.
- Şimali Kipr korpusu – SAT imtahanından ən az 1000 bal toplamaq. Mühəndislik, İqtisadiyyat və Biznes fakültələri üçün isə ən az 600 Math balı toplamaq və ya SAT Subject imtahanından fakultəylə bağlı olmaq üzrə 3 fərqli fənndən ortalama ən az 600 bal toplamaq.
ODTÜ üçün necə qeydiyyatdan keçmək lazımdır?
Universitetin bakalavr səviyyəsinə xaricdən müraciətlər onlayn ərizə vasitəsilə internet üzərindən həyata keçirilir. Müraciət üçün çap olunmuş heç bir sənədi göndərməyə ehtiyac yoxdur.
A-dan Z-ə qədər bütün addımlar:
- İlk olaraq, əgər yoxdursa, özünüzə bir e-poçt ünvanı açmalısınız. Qeydiyyat üçün bu e-poçt ünvanınızı istifadə edəcəksiniz və sizin şifrəniz bu adresə mesaj olaraq göndəriləcək. Sistemə hər dəfə giriş etdikdə bu şifrəni istifadə edəcəksiniz. Ona görə də bu şifrəni saxlayın.
- SAT balınızı göndərmək üçün universitetin 6383 nömrəli kodundan istifadə etməlisiniz. SAT Score-un ODTÜ-nün SAT tələblərinə uyğun olduğuna əmin olun. Əks halda nəzərə alınmayacaqsınız.
- Əlavə olaraq qeydiyyat zamanı daxil etdiyiniz məlumatların düzgünlüyünə və sənədlərin tam olmasına diqqət edin. Sənədləriniz tam olmadığı halda qeydiyyatınız ləğv ediləcək.
- Qeydiyyatı bitirdikdən sonra sonlandırmağı və göndərməyi (freeze) unutmayın.