fbpx
Universitetə müraciət zamanı başqa hansı amillər nəzərdən keçirilir?

Xarici universitetlərə müraciət zamanı nələr nəzərdən keçirilir?

Namizədlər xarici universitetlərə müraciət etdiyi zaman, universitetlər təkcə tələbələrin SAT balını yox, digər amilləri də nəzərə alaraq qiymətləndirməni həyata keçirirlər. Yəni, SAT balı sizə rəqabət üstünlüyü qazandıran amillərdən yalnız birini təşkil edir. Gəlin SAT nəticənizlə birgə nəzərə almalı olduğunuz digər amillərə də nəzər salaq.

Orta Məktəb Ortalaması

Orta məktəbdə əldə etdiyiniz nəticələrin ortalaması bir çox universitet tərəfindən nəzərdən keçirilən amillərdən biridir. Hər bir universitet ortalama balla bağlı fərqli yanaşmaya və kriteriyalara sahibdir. Buna görə də, tələbələr universitetləri araşdırarkən onların ortalama ballarla bağlı qərarlarına nəzər yetirməlidirlər. Orta məktəb dövründə əldə edilən uğurlar həm də tələbənin dərsə olan həvəsini və öhdəliklərini göstərir, buna görə də bu məqamlar müraciət prosesində əhəmiyyətli yer tutur.

Tövsiyə məktubu

Bir çox universitet yalnız ortalama bal və imtahan nəticələrini analiz etməklə qalmır, tələbələrin təqdim etdiyi tövsiyə məktublarını da nəzərdən keçirərək onu hərtərəfli qiymətlənidrməyə üstünlük verir. Məhz bu səbəbdən, namizədlər təhsil aldıqları yerdən və ya iş yerindən onları ideal şəkildə ifadə edəcək və haqlarında müəyyən təsvvür yaradacaq tövsiyə məktubunun mövcud olmasına diqqət yetirməlidirlər. Tövsiyə məktubları tələbənin xarakterinin, əməkdaşlıq qabiliyyətinin və liderlik potensialının daha yaxşı anlaşılmasına kömək edir.

Məqalə

Universitetlər oxşar nəticələrə sahib tələbələr haqqında qərar verərkən onların təqdim etdiyi məqalələrə də nəzər sala bilərlər. Bu isə o deməkdir ki, yaxşı yazılmış bir məqalə sizi bu cür vəziyyətlərdə fərqləndirə və müraxiət etdiyiniz universitetin gözündə yüksəldə bilər. Namizədlər bu məqalə vasitəsilə öyrənməyə və inkişafa olan maraqlarını sübut edə, özünü ifadə və tənqidi düşünmə qabiliyyətlərini nümayiş etdirə bilərlər. Bu məqalələr, həmçinin tələbənin araşdırma qabiliyyətlərini və məlumatları necə təhlil və təqdim etmək bacarığını göstərir.

İştirak Etdiyiniz Tədbirlər

Universitetlərə müraciət edən tələbələrin iştirak etdiyi tədbirlər, seminarlar və konfranslar da mühüm amildir. Bu tədbirlərdə iştirak etmək tələbənin aktiv olduğunu və müxtəlif sahələrdə bilik və bacarıqlarını artırmağa çalışdığını göstərir. Tələbələrin iştirak etdiyi xaricdə təhsil sərgiləri, elmi konfranslar, və ya digər təhsil və inkişaf tədbirləri, onların sahələri üzrə özünü inkişaf etdirmək və yeni biliklər əldə etmək istəyini nümayiş etdirir. Bu təcrübələr, həmçinin, tələbələrin şəxsi və peşəkar inkişafına töhfə verir və müraciət edilən proqramla uyğunlaşma qabiliyyətini artırır.

Yuxarıda göstərilən elementlərin hər biri qəbul prosesinin nəticəsinə öz təsirini göstərir və onların təsir dərəcəsi bir-birindən fərqlənir. Hazırlıq mərhələsində yalnız SAT imtahanına fokuslanmamalı, eyni zamanda digər amillərin də son nəticəyə təsir göstərdiyini anlayaraq onların da tənzimlənməsinə diqqət etməlidirlər.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir