Haqqımızda
SAT müəllimlərimiz haqqında, xüsusi ilə Emin müəllim haqqında məlumat üçün aşağı keçid edə bilərsiniz. Biz müəllimlər olaraq həmişə öz tələbərimizin yüksək nəticə əldə etməsi üçün çalışmışıq. Müəllimliyinin ən vacib peşələrdən olduğunu düşünənlərdənik.

Haqqımızda
Salam, mən Emin Balaşov.
Artıq 7 ildən çoxdur ki, beynəlxalq proqramlar IB, IGCSE, A-level, Calculus və SAT üzrə tədris aparıram. Öz SAT nəticəm 1560, IELTS nəticəm isə 8-dir.
İlk olaraq 2015-ci ildən başlayaraq IELTS və Riyaziyyat üzrə bəzi mərkəzlərdə təlimçi olaraq çalışmışam. 2016-cı ildən başlayaraq SAT Math, SAT Verbal, IB math, IGCSE math, A-level və AP proqramları üzrə tədris aparıram. Öz təhsilimi Bakı Ali Neft məktəbi və Heriot-Watt (Şotlandiya) universitetlərində almışam.
- 2013-cü ildə Dövlət qəbul imtahanında 655 bal toplamışam.
- 2016-cı ildə Xarici mentorlar tərəfindən peşəkər tədrid metodikası üzrə 4 aylıq təlim keçmişəm.
- 2018-ci ildən başlayaraq fərdi fəalliyyət göstərirəm.
- 2020-ci pandemiya dövründən başlayaraq online dərslərdə tədris edirik.
İllik təcrübə
Tələbə və Məzunlar
"SAT nəticələrimiz və dərs proqramımız hər şəxsə uyğun müəyyənləşdirilir. Tamamilə individual yanaşma ilə nəticə almağa çalışırıq."

Dünya üzrə qəbullarımız
Tələbələrimiz topladıqları IELTS və SAT ballarına əsasən müxtəlif dünya universitetlərindən qəbullar alırlar.
Aşağıda qeyd olunmuş qəbullar yalnız uşaqların öz seçimi əsasında formalaşıb, yəni bir çox tələbə bir neçə universitetlərdən qəbul alıb, lakin cəmi 1-i seçə bilirlər.







Türkiyə qəbullarımız
Tələbələrimiz Türkiyənin nüfuzlu universitetlərində təhsillərini davam etdirirlər.

Amerika qəbullarımız
Tələbərimizin bir çoxu Amerikada təqaüdlü təhsil imkanı qazanıblar. Bunun üçün şəxsi bacarıqlarınızında yüksək olması vacibdir.

Avropa qəbullarımız
Əsasən IELTS balı ilə qəbul alan bir çox tələbəmiz, SAT balı ilədə təqaüd imkanlarını artırmışdır.

Azərbaycan qəbullarımız
Tələbərimizin bəziləri isə ölkəmizdə olan ADA universitetini seçirlər. Bunun üçün onlara minimal 1200 SAT balı və IELTS balı lazımdır.