Digital SAT imtahanına hazırlaşan zaman tələbələr oxuma, dinləmə, vaxtın idarəsi, stressin idarə olunması və s. kimi bir çox bacarığın təkmilləşdirilməsinə diqqət etməlidirlər. Bu bacarıqlarla paralel söz ehtiyatının genişləndirilməsinə də yer verilməlidir. Hər hansı xarici dili mənimsəyərək həmin dildə imtahan verməyi, çox zəif söz ehtiyatına malik olaraq həyata keçirmək mümkün deyil. SAT imtahanı üçün müəyyən qədər və lazımi söz etiyatına malik olmaq sizin son nəticənizə təsir göstərir. İmtahana uyğun söz bazanızı artırmaq üçün bir neçə addımı izləmək sizin üçün faydalı ola bilər.
SAT imtahanında ən çox istifadə olunan sözlərə nəzər yetirin
Ümumi dil bacarığınızı inkişaf etdirməklə bərabər, sırf imtahanda istifadə olunan akademik sözlərə, spesifik ifadələrə diqqət etməlisiniz. Məsələn oxuma və yazmayla bağlı mətnlərdə istiafdə oluna biləcək sözlər, riyazi suallarda istifadə olunan terminlər və s. bura aid oluna bilər. Bu tip sözləri özündə ehtiva edən xüsusi vəsaitlər mövcuddur və onlara nəzər salmaq sizin hazırlıq müddətinizə təsir edəcək amillərdən biridir.
Söz öyrənərkən onun müxtəlif formalarına da diqqət edin
Bu bölmələrdə əsas məsələ düzgün taktikayla sualın həllini tapmaq olsa da, bəzi növ suallarda daha yaxşı söz ehtiyatına malik olmaq sizə bal qazandıra bilər. Məsələn, aşağıdakı suala nəzər salaq

Gördüyünüz kimi, bu növ sualların həlli üçün təkcə imtahanı əhatə edəcək sözlər yox, eyni zamanda o sözlərə yaxın və əks olan sözlər, əlaqəli ola biləcək digər sözlərə də diqqət etmək zəruridir.
Sözləri təkcə əzbərləməklə qalmayın
Əvvəlcə qeyd edək ki, söz öyrənərkən onu dərhal tərcümə etmək əvəzinə, öncə onun mənasının ingilis dilində izahına baxın. Bu sizin sözü daha yaxşı dərk etməyinizə və bu dildə düşünmə qabiliyyətinizin inkişaf etməsinə yardım edəcək. Sözü öyrəndikdə isə onu tək əzbərləmək yerinə ifadə daxilində öyrənməyə diqqət edin. Tək halda əzbərlənən sözlər qısa müddət sonra yaddaşdan silinir. Daha yaxşı yadda saxlamaq üçün onları cümlə daxilində işlədərək praktikada istifadə edin.
Öyrəndiyiniz sözləri hər fürsətdə istifadə edin
Sözləri unutmamaq üçün daim onları istifadə etməyə çalışın, yəni onları danışıq və ya yazı vasitəsilə təkrar etməyə çalışın. Öyrəndiyiniz ifadə və ya sözləri istifadə etməsəniz, yəni təkrarlamasanız tezliklə onları unudacaqsınız.
Məqalələr, kitablar oxuyun
Səviyyənizə uyğun mətnlər oxumaq söz ehtiyatını artırmağın ən effektiv yollarından biridir, çünki, siz hər hansı bir məqaləni oxuyan zaman sözlərlə birbaşa praktikada tanış olursunuz. Məsələn kitab oxuyan zaman hər hansı bilmədiyiniz söz gördükdə və daha sonra nə mənaya gəldiyini öyrəndikdə, siz həm də onun hansı yerdə nə məna verdiyi ilə də tanış olursunuz.
Yalnızca lüğət inkişafına fokuslanmayın
Yuxarıda sadalananlar lüğətin inkişafı üçün olduqca önəmli addımlardır. Lakin imtahanın uğurla nəticələnməsi üçün lazım olan əsas bacarıq mükəmməl söz bazasına sahib olmaq deyil, suallara düzgün strategiya ilə yanaşaraq onların effektiv şəkildə cavablandırılmasını bacarmaqdır. Bunun üçün siz daim imtahan strukturuna uyğun şəkildə hərəkət etməli və imtahan üçün digər mühüm addımlara diqqət etməlisiniz.

