SAT imtahanın bölmələrindən biri olan riyaziyyat bölümü tələbələrin riyazi, analiz, problem həlli, çeviklik və s. kimi bacarıqlarını dəyərləndirməyə xidmət edir. Bölmə 2 moduldan ibarətdir və ümumi 44 sualdan ibarətdir. Riyaziyyat bölümündə 2 əsas sual növü ilə qarşılaşa bilərsiniz: çox seçimli və tələbənin özü tərəfindən yazılmış cavab tələb edən suallar. Gəlin bu sual növlərinə ayrılıqda nəzər salaq.
Çox seçimli (qapalı) suallar
SAT imtahanında 33 çox seçimli riyaziyyat sualı var. Çox seçimli suallar sizə kifayət qədər tanış görünməlidir, çünki siz onlarla bir çox imtahanda rastlaşmısınız. Tək fərq bundan ibarətdir ki, SAT imtahanında hər bir çox seçimli sualın cavabı 4 variatdan biridir. Əvvəl gördüyünüz imtahanlarda bu say 5 idi. Təbii ki, hələ də hər bir sualın yalnız 1 düzgün cavabı var.
Açıq suallar
Əvvəllər cədvəl sualları kimi tanınan açıq, yəni tələbə tərəfindən cavab yazılmasını tələb edən suallar riyaziyyat bölməsindəki 44 sualdan 11-ni təşkil edir. İmtahanın rəqəmsallaşması nəticəsində baş verən dəyişikliklərə əsasən, siz cavabı hesabladıqdan sonra kompüter ekranındakı cədvələ yerləşdirə bilərsiniz. Əvvəlkindən fərqli olaraq bu tip suallarda aldığınız nəticə mənfi rəqəm də ola bilər.
Bu növ suallar barəsində bəzi vacib qaydalara riayət etmək önəmlidir:
– 1-dən çox cavab tapsanız, yalnız 1 cavabı daxil edin.
– Müsbət cavab ən çox 5 rəqəm uzunluğunda olan ədəd ola bilər. Mənfi cavab mənfi işarə də daxil olmaqla 6 rəqəmə qədər ola bilər.
– Əgər 175/3216 kimi mövcud boşluğu aşan kəsrli cavab alsanız, kəsri azalda və ya onluq ekvivalent kimi ifadə edə bilərsiniz.
– Onluq kəsir uyğun gəlmirsə, kəsin və dördüncü yerə yuvarlaqlaşdırın.
– Qarışıq ədədi düzgün olmayan kəsr və ya onluq ekvivalent kimi daxil edin.
– Vergül, faiz işarələri və ya dollar işarələri daxil olmaqla simvolları daxil etməyin.