Bildiyiniz kimi, SAT imtahanı 2 bölümdən ibarətdir və bu bölümlərdən biri Oxuma və Yazı bacarıqlarının ölçülməsi ilə əlaqədardır. Bölümdəki suallar müxtəlif formalarda təşkil olunaraq tələbələrin oxuma və yazı qabiliyyətlərinin qiymətləndirilməsinə yönəlmişdir. Bu sual tiplərindən biri də bilgilənidirici qrafiklərdə verilən məlumatların şərh olunmasını tələb edən suallardır. Hazırlıq müddətində bu suallar üzərində məşe edərək analiz, sürətli həll, mövcud vəziyyəti təhlil etmə və s. kimi bacarıqlar qazanaraq düzgün startegiya ilə sualları asanlıqla cavablandıra bilərsiniz. Gəlin bu suallara aid bir sıra nümunələrə nəzər salaq.
Məlumatın analiz olunması
Bu suallar qrafikdə verilən məlumatları nəzərdən keçirərək düzgün təticə çıxarıb çıxara biməməyinizi yoxlayır. Qrafikin nədən bəhs etdiyini dərk edin və verilmiş məlumatları diqqətlə analiz edin. Daha sonra suala nəzər salaraq onun sizdən nə istədiyini dəqiq şəkildə anlayın. Gəlin bu məsələyə sual nümunələri qüzrərindən daha detallı şəkildə baxaq.
Suala cavab verməyə çalışmazdan əvvəl qrafiklə yaxşıca tanış olun. Tələsik və ya diqqətsiz davranaraq və ya cədvəli səhv oxumaqla yanlış cavablandırma edə bilərsiniz. Diaqramın hər bir komponentini başa düşdüyünüzə əmin olun.
Diaqram müntəzəm və ədalətli həyata keçirilən qəhvə ticarətindən gələn mənfəətin illər ərzində dəyişimini analiz edərək onları müqayisə edir. Qırıq xətlər ədalətli ticarətdən gələn mənfəət üzrə, digər xətt isə müntəzəm ticarətdən əldə olunan gəlir üzrə dəyişiklikləri təmsil edir.X oxu və ya üfüqi xətt ili, Y oxu və ya şaquli xətt isə funt başına ABŞ sentində mənfəətin məbləğini göstərir.
Suala nəzər salsaq görərik ki, o bizdən ədalətliqəhvə ticarətindən əldə olunan gəlirlə müntəzəm ticarətdən əldə olunan gəlir arasında fərqin ən böyük olduğu zamanın təyin olunmasını tələb edir. Qrafikdə mənfəət arasındakı fərqin ən böyük olduğu dövr iki xətt arasındakı məsafənin ən böyük olduğu nöqtələrə uyğun gəlir. Xətlərin illər üzrə hərəkətinə nəzər saldıqda, mənfəətdə ən böyük fərqin 2002-2004-cü illərdə baş verdiyini görmək olar. Düzgün cavab B-dir.
Məlumatın şərh olunması
Bölmənin oxuma hissəsinə adi bu suallarda qrafiklə bağlı müxtəlif şərhlər təqdim olunur və sizdən doğru şərhi seçməyiniz tələb olunur. Bu zaman siz, variantları diqqətlə oxuduqdan sonra qrafikə nəzər salmalı və hər variant üçün analiz aparmalısınız. Onların arasında qrafikdəki məlumatları düzgün şəkildə əks etdirən şərhi seçməlisiniz.
Aşağıdakı nümunə isə yazı hissəsinə aid bir nümunədir. Burada da eyni şəkildə variantlarda əks olunan ifadələrin məlumatlarla uyğunlaşmasına görə analzi aparmalısınız.
Hissələr üzrə verilmiş məlumatlara əsasən cavablandırma
Əvvəlcə sualın nə olduğunu müəyyənləşdirməliyik. Xəritəyə əsasən, ABŞ-ın mərkəzi və qərb bölgələrində, cənubunda və şimalında hansı termininistifadə olunduğunu öyrənməliyik.Terminlər bu şərtə əsasən sıralanmalıdır: əvvəlcə ABŞ-ın mərkəzi və qərbi, sonra cənub, daha sonra isə ABŞ-ın şimal-şərqi və cənub-qərbi hissəsi.
Sonra müxtəlif bölgələrdə hansı terminlərin istifadə olunduğunu müəyyən etmək üçün xəritəyə baxaq. Mərkəzi və qərb hissədə məşhur termin “pop”dur. Bu sahədə tünd rəngli hissə “pop” sözünün istifadəsinə uyğundur. Cənubda isə “kola” termininə üstünlük verilir. Bu sahədə diaqonal xətlər “kola” sözünün əhatə etdiyi hissəni işarələyir. Nəhayət, ABŞ-ın şimal-şərqində və cənub-qərbində “soda” daha çox istifadə olunur ki, bu da bir qədər kölgəli sahə ilə göstərilmişdir. Buna görə də cavab “pop”, “kola”, “soda” olmalıdır. Düzgün cavab C-dir.
Yuxarıda göstərilən suallar imtahanında qraşılaşabiləcəyiniz sual formaları ilə uyğunlaşır. Bu sual növləri düzgün cavablandırılma üçün daim məşq edərək analiz qabiliyyətinizi artırmağı tələb edir.