Son illərdə texnologiyanın təhsil sahəsinə inteqrasiyası nəticəsində SAT imtahanı rəqəmsal formata keçid etdi. Bu dəyişiklik həm imtahan boyu, həm də imtahandan sonra həyata keçirilən proseslərə öz təsirini göstərdi. Rəqəmsal SAT kağız əsaslı SAT-dən bir sıra yeniliklərlə fərqlənərək, daha çevik və sürətli bir sistem təqdim edir. Mövcud yeniliklərdən biri də, imtahan nəticələrinin elan olunması ilə bağlıdır.
Kağız üzərində keçirilən SAT imtahanının nəticələri daha uzun müddətə elan olunduğu halda, digital SAT imtahanının nəticələri adətən (istisna hallardan başqa) imtahan günündən təxminən 11 iş günü sonra elan olunur. Nəticələr tələbələrin “College Board” internet səhifəsindəki şəxsi hesabında açıqlanır. Bəzi hallarda nəticələr mərhələli şəkildə elan oluna bilir, məsələn, cavabların bir qismi səhər saatlarında, digər qismi isə axşam saatlarında yayınlana bilir. Bu hal həmin ərəfədə nəticəsi çıxan tələbələrin sayının çoxluğuna görə yarana bilir.
2025 Digital SAT imtahan nəticələrinin elan olunma tarixləri
Aşağıda nəticələrin elan olunması ilə bağlı qeyd olunan tarixlər təxminidir.
İmtahan tarixi | Nəticələrin elan olunma tarixi |
8 Mart 2025 | 21 Mart 2025 |
3 May 2025 | 16 May 2025 |
7 İyun 2025 | 20 İyun 2025 |
Digital SAT nəticələrinə necə baxa bilərsiniz?
İmtahan nəticələrinizi əldə etməyin ən qısa yolu Collage Board saytında yerləşən şəxsi hesabınıza daxil olaraq, imtahan nəticələri bölməsinə keçid etməkdir.
İlk olaraq, Collage Board ana səhifəsində hesabınıza daxil olun
Daha sonra “My SAT” bölməsinə klik edin
Kliklədiyiniz bölmə sizi imtahan nəticələrinizin göstərildiyi bir səhifəyə yönləndirəcək
İmtahan nəticəsinə əsasən verilən qərarlar
İmtahan nəticəniz elan olunduqdan sonra iki ehtimal yaranır- yaxşı nəticə əldə edərək universitetlərə müraciət etməyə qərar verirsiniz, ya da, nəticəniz sizi qane etmir və yenidən SAT imtahanına daxil olmağı qərarlaşdırırsınız.
İmtahan balınız sizin üçün kifayət qədər yaxşı deyilsə, növbəti tarixlərdə keçirilən imtahana qatıla bilərsiniz. Bu qərarı verməzdən öncə, imtahana yenidən qatılmağın sizin üçün həqiqətən əhəmiyyətli olub-olmadığından əmin olun. Qərarınıza təsir edən iki amil var: sizə lazım olan hədəf balı və digər imtahanda balınızı nə dərəcədə artıra biləcəyiniz. Hədəf balı dedikdə, müraciət edəcəyiniz universitetlərin ixtisaslar üzrə tələb etdikləri ortalama bal nəzərdə tutulur. Qısaca, əgər ehtiyacınız olan baldan aşağı nəticə əldə etmisinizsə, yenidən imtahana qatıla və daha yüksək nəticə əldə etməyi düşünə bilərsiniz. Unutmamalısınız ki, digər imtahana hazırlaşmağa qərar verdiyiniz halda, daha yaxşı nəticə göstərmək üçün effektiv şəkildə hazırlaşmalsınız.
SAT imtahan nəticənizdən razı qaldığınız halda, ballarınızı müraciət etdiyiniz universitetlərə göndərə bilərsiniz. Az öncə qeyd olunduğu kimi, balınızın yaxşı hesab olunması müraciət etiyiniz yerin tələblərindən və sizin hədəfinizdən asılıdır.