fbpx

Digital SAT Kalkulyator Növləri 2025

SAT imtahanının rəqəmsal formata keçirilməsi, imtahanla bağlı bir sıra dəyişikliklərin ortaya çıxmasına səbəb oldu. Bu dəyişikliklərdən biri də, riyaziyyat bölümündə istifadə olunan kalkulyatorlarla bağlıdır. Bildiyiniz kimi, kağız üzərində keçirilən SAT- də riyaziyyat bölməsi “non-calculator” və “calculator” olaraq iki hissəyə bölünürdü. Digital formatda bu qayda dəyişdi və bölmə üzrə bütün suallarda kalkulyatordan istifadə mümkünləşdi. İmtahanın rəqəmsallaşması ilə birlikdə, tələbələrin özləri ilə kalkulyator gətirməsi zərurəti də aradan qaldırıldı.

Desmos kalkulyatoru haqqında

Desmos kalkulyatoru Digital SAT imtahanında riyazi problemlərin həllini asanlaşdıran müasir və effektiv vasitədir. Bu kalkulyatorun istifadəsi tələbələrə qrafiklər çəkmək, tənliklər həll etmək və statistik hesablamalar aparmaq imkanı verir. Digital SAT zamanı Desmos kalkulyatoru yalnız riyaziyyat bölməsində istifadə oluna bilər. Tələbələr əvvəlcədən Desmos platformasında praktika edərək imtahan zamanı daha səmərəli nəticələr əldə edə bilərlər. Bu kalkulyator sadə interfeysi və funksional imkanları ilə riyaziyyat bölməsində tələbələrin vaxtına qənaət etməsinə yardım edir.

Özünüzlə gətirdiyiniz kalkulyatorla bağlı qaydalar

Tələbələr imtahan günü özləri ilə kalkulyator gətirə və ya platformada verilən qrafik kalkulyatordan istifadə edə bilər. Əgər özünüzlə kalkulyator gətirəcəksinizsə, bu zaman bir sıra qaydalara riayət etməlisiniz :

  • Əgər kalkulyatorunuzun düymələri 1 düymdən (1düym = 2.54 sm) böyükdürsə və ya kalkulyatorunuzun ekranı digər insanların görəbiləcəyi böyüklükdədirsə, siz müəyyən müşahidə altında imtahana davam edəcəksiniz.
  • İmtahanda sadəcə batareya ilə işləyən əl avadanlıqları istifadə edilə bilər. Çünki, elektrik kabellərinə icazə verilmir. Ümumiləşdirsək, imtahan üçün əksər qrafik kalkulyatorları, bütün elmi kalkulyatorları və hər hansı 4 funksiyalı kalkulyatoru özünüzlə gətirə bilərsiniz. Bunlardan əlavə olaraq, yüksək səsli, kameralı, internetə əlçatan olan cihazların istifadəsi qadağandır.
  • Gətirdiyiniz kalkulyatordan yalnız özünüz istifadə edə bilərsiniz, digər namizədlərlə paylaşmağınız qadağandır.
  • İmtahan zamanı  imtahan suallarını və ya cavablarını imtahan otağından kənara çıxarmaq və ya başqa kənar məqsəd üçün kalkulyatordan istifadə etsəniz, imtahan nəticəniz ləğv olunacaq.
  • Unutmayın ki, kalkulyatoru yalnız riyaziyyat bölümündə istifadə edə bilərsiniz. Oxuma və yazma bölümündə kalkulyatoru masanın alt hissəsinə (masa üzərindən kənar bir yerə) yerləşdirməlisniz.

“SAT calculator” marka və modelləri

üxtəlif növ kalkulyatorları özünüzlə imtahana gətirə bilərsiniz. Bu kalkulyatorlar arasında ən geniş yayılmış modellər Casio markasının “FX”, “Algebra FX” və “CFX” seriyalarının modelləridir. Bunlardan başqa Radio Shack,Sharp,Texas instruments və s. kimi markalar da var.

Casio modellər

FX-6000 seriesFX-6200 seriesFX-6300 series
FX-6500 seriesFX-7000 seriesFX-7300 series
FX-7400 seriesFX-7500 seriesFX-7700 series
FX-7800 seriesFX-8000 seriesFX-8500 series
FX-8700 seriesFX-8800 seriesGraph25 series
FX-9700 seriesFX-9750 seriesFX-9860 series
CFX-9800 seriesCFX-9850 seriesCFX-9950 series
CFX-9970 seriesFX 1.0 seriesAlgebra FX 2.0 series
FX-CG-10FX-CG-20 seriesFX-CG-50
Graph35 seriesGraph75 seriesGraph95 series
Graph100 seriesFX-CG-500*

Hewlett-Packard

HP-9G

HP-28 series

HP-38G

HP-39 series

HP-40 series

HP-48 series

HP-49 series

HP-50 series

HP Prime

Radio Shack

EC-4033

EC-4034

EC-4037

Sharp

EL-5200

EL-9200 series

EL-9300 series

EL-9600 series*

EL-9900 series

Texas  Instruments

TI-73TI-80TI-81

TI-82

TI-83

TI-83 Plus

TI-83 Plus SilverTI-84 PlusTI-84 Plus CE
TI-84 Plus CE PythonTI-84 Plus SilverTI-84 Plus C Silver
TI-84 Plus TTI-84 Plus CE-TTI-84 Plus CE-T Python Edition
TI-85TI-86TI-89
TI-89 TitaniumTI-NspireTI-Nspire CX
TI-Nspire CX IITI-Nspire CX II-TTI-Nspire CM-C
TI-Nspire CASTI-Nspire CX CASTI-Nspire CX II CAS
TI-Nspire CX II-T CASTI-Nspire CM-C CASTI-Nspire CX-C CAS
TI-Nspire CX II-C CAS

Digər modellər

Datexx DS-883MicrontaNumWorks
Smart2

Kalkulyatordan istifadə ilə bağlı ipucları

  • Özünüzlə kalkulyator gətirəcəksinizsə, yepyeni bir kalkulyator gətirməyin. Daha əvvəl hazırlıq zamanı istifadə etdiyiniz, istifadə qaydasına bələd olduğunuz kalkulyatoru özünüzlə gətirin.
  • Bundan əlavə, Desmos kalkulyatorunun istifadə qaydasını öyrənmək üçün mütləq vaxt ayıraraq kalkulyatoru snaqdan keçirin
  • Kalkulyatoru gətirərkən batareyasının yeni olduğundan əmin olun. İmtahan zalında sizə əlavə batareya və ya kalkulyator verilməyəcək. Kalkulyatorunuz işləmədiyi halda Desmos kalkulyatorunun istifadəsinə keçid edə bilərsiniz.
  • Riyaziyyat bölməsində kalkulyatordan istifadəyə icazə verilsə də, bütün sualları kalkulyatorla etmək məcburiyyətində deyilsiniz. Bəzi sualların həllində kalkulyatorsuz daha sürətli ola bilərsiniz.
  • Sizə verilən qaralama kağızı üzərində bir sıra qeydlər aparmağınız da kalkulyatordan istifadə qədər yararlı ola bilər.

 

SAT İmtahanı Üçün Sizə Lazım Olacaq Bütün Resurslar

 

Daha ətraflı