fbpx
Digital SAT daha çətindir?

Digital SAT imtahanı daha çətindir?

Daha öncə kağız üzərində aparılan SAT imtahanı yaxın zamanlarda yalnız rəqəmsal formada keçirilməyə başladı. Formatda dəyişikliyin baş verməsi tələbələr arasında imtahan strukturu və çətinlik dərəcəsiylə bağlı bir sıra sualların yaranmasına səbəb oldu. Gəlin SAT imtahanının əvvəlki formatı ilə rəqəmsal formatını müqayisə edərək tələbələri gözləyən dəyişikliklərə nəzər salaq.

Nələr dəyişməyəcək?

İlk olaraq dəyişməz qalan özəlliklərə nəzər salaq. İmtahan əvvəlki kimi 400-1600 bal aralığında dəyərləndiriləcək.Həmçinin yoxlanılan bacarıqlar və bu bacarıqlrın yoxlanma forması da eyni olara qqalır. Bundan əlavə, tələbələr imtahana yenə də imtahan mərkəzlərinə gedərək daxil olacaqlar.

İmtahan mərkəzi və ləvazimatlar

Tələbələr imtahana özlərinə məxsus cihaz vasitəsilə daxil ola bilsələr də, yenə də imtahana evdən deyil, imtahan mərkəzi kimi təyin olunan məkanlarda daxil olmalı olacaqlar. Dəyişən tək nüans kağız qələm əvəzinə  kompüter və ya planşetlərdən istifadə etmək olacaq. Tələbələr əvvəlki kimi özləri ilə qələm, pozan və s. kimi ləvazimatlar deyil, imtahan üçün yararlı kompüter və ya planşet gətirməli olacaqlar. Sadalanan avadanlıqları təmin edə bilmədiyi halda, tələbə müvafiq yerlərə imtahan üçün lazımi cihazla təmin olunması üzrə müraciət edə bilər. Digital SAT imtahanına telefonla daxil olmaq qadağandır.

Performansa əsasən uyğunlaşdırılmış test

Əvvəlki SAT imtahanlarında bütün tələbələrə eyni suallar verilirdi və bu suallar tələbələrin cavablandırma gedişatına əsasən uyğunlaşdırılmırdı. Digital SAT imtahanında isə sualların çətinlik dərəcəsi tələbənin imtahan müddətindəki performansına əsasən uyğunlaşdırılır. Əvəllki imtahanda olduğu kimi hər bölüm 2 moduldan ibarət olsa da, burada  hər ikinci modul tələbənin 1ci moduldakı performansına uyğun şəkildə təqdim olunur. Yəni, sizin növbəti modulda cavablayacağınız sualların çətinlik dərəcəsi daha öncə həll etdiyiniz suallardan asılı olur.  

Sual sayı və vaxt

Əvvəllər 3 saat təşkil edən SAT imtahanı, indi rəqəmsal formata keçərək 2 saat 14 dəqiqə ərzində davam edəcək. Kağız əsaslı SAT imtahanında 2 Riyaziyyat bölməsi cəmi 80 dəqiqə və 58 sualdan ibarət olduğu halda, rəqəmsal testdə Riyaziyyat modulları cəmi 70 dəqiqə və 44 sualdan ibarətdir. Bundan əlavə, hər bölməyə ayrılmış vaxt və sualların sayı 2 modul arasında bərabər bölünür. Eyni şəkildə, kağız üzərində keçirilən 65 dəqiqəlik 52 suallıq oxu bölməsi və 35 dəqiqəlik 44 sualdan ibarət Yazı və Dil bölmələri hər biri 27 sualdan ibarət iki 32 dəqiqəlik oxuma və yazma bölməsinə çevrilir.

Cavabların açıqlanma vaxtı

Öncəki SAT imtahanlarında tələbələr nəticəni öyrənmək üçün həftələrlə gözləməli oludular. Digital SAT imtahanında isə tələbələr çox gözləmədən, elə həmin gün nəticələri ilə tanış ola bilirlər. Nəticələtin tez bir zamanda əlçatan olması rəqəmsal formatın namizədlərə tqədim etdiyi avantajlardan biridir.

Riyaziyyat bölməsi

Yeni SAT-da yoxlanılan riyazi bacarıqlar köhnə versiyada yoxlanılanlarla eynidir. Beləliklə, cəbr, həndəsə, məlumatların təhlili üzrə eyni mövzuları görəcəksiniz. Bununla belə,rəqəmsal formatda çox seçimli testlər riyaziyyat suallarının az hissəsini təşkil edir. Köhnə versiyada riyaziyyat suallarının təxminən 80%-i çox seçimli, digər 20%-i isə açıq, yəni tələbənin özünün cavabı yazmağını tələb edən suallar idi. Yeni SAT imtahanında bu bölünmə təxminən 75%/ 25% təşkil edir. Beləliklə, yeni SAT testində 44 Riyaziyyat sualının olduğunu nəzərə alsaq, siz cəmi 33 çoxseçimli sual və təxminən 11 açıq sual görə bilərsiniz. Rəqəmsal SAT testi ilə, testin kağız versiyasında olduğu açıq suallarda cavabları cədvələ daxil etməyə ehtiyac olmayacaq. Bunun əvəzinə cavab hesablandıqdan sonra nəticəni kompüter ekranındakı qutuya yazırsınız. Əlavə olaraq qeyd edək  ki, cavabınız indi SAT imtahanının əvvəlki versiyasından fərqli olaraq mənfi rəqəm ola bilər.

Kalkulyatordan istifadə

Bildiyimiz kimi, əvvəlki SAT imtahanında tələbələr yaziyyatın 2 bölümndən birində kalkulyatordan istifadə edə bilirdi, digərində isə kalkulaytordan istifadə qadağan idi. Rəqəmsal formata keçidlə birgə bu qayda da dəyişərək hər 2 bölmədə kalkulyatordan istifadəyə icazə verildi.

 Yuxarıda göstərilən dəyişiklər tələbələrin imtahan hazırlığına və ya imtahanın çətinlik dərəcəsinə təsir göstərməyəcək dəyişikliklərdir. Daha öncə SAT haqqında məlumat alan tələbələr, rəqəmsallaşmanın imtahana gətirdiyi yeniliklərlə də tanış olmalı və imtahan haqqında doğru təsəvvür formalaşdırmalıdırlar.