fbpx
Digital SAT imtahanında hansı cihazlardan istifadə olunur?

Digital SAT imtahanında hansı cihazlardan istifadə olunur?

SAT imtahanının rəqəmsallaşması ilə birgə imtahanın gedişatıyla bağlı bir çox nüans da dəyişikliyə uğradı. Bu fərqli nüanslardan biri də imthanın artıq kağız üzərində deyil, online iştirakı təmin edəcək cihazlarla həyata keçirilməsi ilə bağlıdır. Bəs imtahanda iştirak üçün bütün növ cihazlar yararlıdır mı? Gəlin bu məsələyə daha aydın şəkildə nəzər salaq.

Əvvəlcə qeyd edək ki, SAT-nin rəqəmsal formada keçirilməsinə baxmayaraq, tələbələr yenə də imtahan mərkəzlərində imtahana qatılmalıdırlar. Tələbələr imtahanda iştirak üçün aşağıdakı cihazlardan istifadə edə bilərlər:

  • Şəxsi və ya mərkəz tərəfindən idarə olunan Windows noutbukları və ya planşetləri
  • Şəxsi və ya mərkəz tərəfindən idarə olunan Mac noutbukları və ya iPadlər”i
  • Mərkəz tərəfindən idarə olunan Chromebook’lar (tələbələr şəxsi Chromebook ilə imtahanda iştirak edə bilməz)

İştirakçı tələb olunan cihazları özü təmin edə bilmədikdə “Collage Board”a müvəqqəti cihazla təmin olunmaqla bağlı sorğu göndərə bilər. Noutbuk və ya planşetlər imtahandan əvvəl cihaz üçün müraciət edən tələbələrə mərkəzdə imtahan günü veriləcək. Tələbə noutbuk və ya planşeti imtahan mərkəzinə gətirə bilmədikdə və ya “College Board” dan cihazla bağlı sorğu prosesindən keçmədikdə imtahan mərkəzinə burxılmayacaqdır. Qeyd edək ki, imtahana telefon vasitəsilə qatılmaq mümkün deyil.