fbpx
Digital SAT haqqında ən məşhur 5 mif

Digital SAT haqqında 5 məşhur mif

İmtahan formatının dəyişməsi ilə birgə imtahanla bağlı bir sıra miflər ortaya çıxmağa başladı. Tələbələrin ağlında sual yaradan və hazırlıq mərhələsinə təsirsiz ötüşməyən bu miflərin araşdırılaraq aydınlığa qovuşdurulması olduqca önəmlidir. Bu məsələləri aydınlaşdırmaq üçün doğru bilinən yanlışlara daha yaxından nəzər salaq.

Mif 1 : Rəqəmsal SAT imtahanında əvvəlki suallara qayıtmaq mümkün deyil

Rəqəmsal SAT imtahanı iki moduldan ibarət bölmələrdən təşkil olunur. Hər bölmədəki ikinci moduldakı sualların çətinlik dərəcəsi, ilk moduldakı performansınıza əsasən müəyyən olunur. Burada uyğunlaşdırma fərdi suallar deyil, modullar üzərindən aparılır. Bu səbəbdən, siz hər modul daxilində suallar arasında asanlıqla keçid edə bilərsiniz, lakin, bir modulu bitirib növbəti moduldakı sualları cavablandırmağa başladıqdan sonra, əvvəlki modula geri qayıda bilməzsiniz. Bu qayda imtahanın uyğunlaşdırma sisteminin düzgünlüyünü təmin etmək üçün nəzərdə tutulmuşdur. Bu, tələbələrin imtahan strategiyasını planlaşdırarkən diqqət etməli olduğu vacib bir məqamdır.

Mif 2 : Rəqəmsal SAT imtahanında hər bir sual eyni dəyərə malikdir

 İmtahanda hər modulda asan, orta və çətin suallar mövcuddur və bu sualların hər biri müxtəlif şəkiyə malikdir. Yuxarıda qeyd edildiyi kimi, imtahan gedişatında qarşılaşacağınız suallar bir öncəki modulda verilən sualları cavablandırmağınızdan asılı olaraq dəyişir. Buradan belə nəticəyə gələ bilərik ki, asan suallarla yanaşı daha çətin sualları doğru cavabladığını zaman sizi növbəti modulda da daha yüksək dəyərə malik suallar qarşılayır ki, bu da sizin balınızın artmasına şərait yaradır. Bu struktur, tələbələrin biliyini daha dəqiq qiymətləndirmək və onların real bacarıqlarını ortaya qoymaq üçün tərtib olunmuşdur.

Mif 3 : Rəqəmsal SAT kağız əsaslı SAT-dən daha asan/çətindir

 Bəzi tələbələr rəqəmsal SAT imtahanının kağız əsaslı imtahandan daha asan və ya daha çətin olduğunu düşünə bilərlər. Bu düşüncələr imtahan vaxtının qısaldılması, sual başına düşən zamanın dəyişməsi və sualların gedişata uyğunlaşdırılması kimi dəyişikliklərə əsaslanır. Lakin, College Board, rəqəmsal və kağız əsaslı SAT imtahanlarının eyni səviyyədə olmasını təmin etmək üçün əhatəli çalışmalar həyata keçirmişdir. Bu, imtahanın formatı dəyişsə də, onun məzmunu və tələbələrin biliyini qiymətləndirmə prinsipləri dəyişmədiyini göstərir. Rəqəmsal və kağız əsaslı imtahanlar arasında fərq, əsasən, tətbiq olunan texnologiya və tələbələrin cavabları təqdim etmə üsulundadır. Bu, imtahanın çətinlik dərəcəsini dəyişdirmir.

Mif 4 : Sualın cavabını bilmirsinizsə boş buraxın

 SAT imtahanında səhv cavabların doğru cavablara təsir etmədiyi üçün, sualları boş buraxmaq məsləhət görülmür. Əgər sualın cavabını dəqiq bilmirsinizsə, təxmin etmək və ya səhv variantları çıxdaş edərək bir variantı seçmək daha yaxşıdır. Səhv cavablar nəticəyə mənfi təsir etmədiyi üçün, hər sualı cavablandırmaq sizin balınızı artırma şansınızı yüksəldir. Bu strategiya, imtahanın sonunda daha yüksək bal toplamağa kömək edir. Təxmin etmə bacarıqlarınızı da inkişaf etdirmək, sizə imtahanda daha yaxşı nəticələr əldə etmək üçün əlavə bir üstünlük təmin edə bilər

Mif 5 : SAT imtahan nəticəsi universitetlərin dəyərləndirdiyi tək amildir

 Xarici universitetlərə müraciət zamanı, yalnız SAT imtahan balınızın nəzərə alınacağını düşünmək yanlışdır. Universitetlər, tələbələri qəbul edərkən bir çox amilləri nəzərə alırlar. Bu amillərə məqalələr, orta məktəb ortalamaları, tövsiyə məktubları və müxtəlif fəaliyyətlər daxildir. SAT imtahan nəticəniz,  sizin rəqabət üstünlüyünüzü artıran amillərdən yalnız biridir. Əgər digər amillər dəqaydasındadırsa, bu, sizin qəbul şansınızı əhəmiyyətli dərəcədə artırır. Buna görə də, yalnız imtahan nəticələrinə fokuslanmaq əvəzinə, bütün müraciət elementlərinə diqqət yetirmək lazımdır.

Yuxarıda sadalanan miflər, tələbələr arasında ən çox rast gəlinən yanlış anlayışlardır. Bu yanlış anlayışlar, həm hazırlıq, həm də imtahan müddətində tələbələrin yanlış qərarlar verməsinə səbəb ola bilər. Buna görə də, tələbələr daim maraqlandıqları nüansları etibarlı mənbələrdən araşdırmalı və doğru məlumatlar əsasında hazırlıqlarını həyata keçirməlidirlər. Bu, onların imtahanda daha yaxşı nəticələr əldə etməsinə və gələcək akademik həyatlarında uğur qazanmasına kömək edəcəkdir.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

MostBet